“Real” İspaniya millisinin üzvünü transfer etmək istəyir

“Real” İspaniya millisinin və “Real Sosyedad”ın yarımmüdafiəçisi Martin Subimendinin xidmətində maraqlıdır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “kral klubu” 26 yaşlı futbolçunun yay transfer pəncərəsində keçidini təşkil etməyi planlaşdırır.

Subimendi uğrunda mübarizədə “Real”ın əsas rəqibi “Arsenal”dır.

İspaniyalı futbolçu bu mövsüm 39 oyunda iştirak edib, 2 qol vurub və 2 məhsuldar ötürmə verib. Onun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilə qədər nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button