“Real”ın sabiq qapıçısı Meksika klubunda – Rəsmi
Kosta-rikalı qapıçı Keylor Navas “Nyuells Old Boyz” klubunu tərk edərək Meksikanın “Pumas” komandasına keçib.
Komanda.az xəbər verir ki, bu barədə Argentina klubunun rəsmi açıqlamasında bildirilib.
Transfer müqaviləsinə əsasən, “Pumas” “Nyuells Old Boyz”a 1,9 milyon dollar məbləğində maliyyə kompensasiyası və 100 min dollar həcmində bonus ödəyəcək.
“Real”ın və PSJ-nin sabiq qapıçısı olan Navas cari ilin yanvarında “Nyuells Old Boyz”a qoşulmuşdu.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



