“Real”ın sabiq futbolçusunun ən sevimli anı

Keçmiş futbolçu Rafael Varan “Real”da oynadığı vaxtları xatırlayıb.

Fransalı müdafiəçi karyerasının ən yaxşı illərini məhz “kral klubu”nda keçirib. O, burada 4 dəfə UEFA Çempionlar Liqasının qalibi olub.

Komanda.az xəbər verir ki, “The Athletic”-ə açıqlama verən 31 yaşlı sabiq müdafiəçinin ən sevimli anı 2014-cü il Çempionlar Liqasını qazandıqları mövsüm olub:

“Real”dakı ən sevimli anım? 2014-cü il Çempionlar Liqasını qazandığımız mövsüm olub”.

Varan ötən ilin sentyabrında karyerasını başa vurub. “Lans”ın sabiq yetirməsi son olaraq İtaliyanın “Komo” klubunda cəmi bir oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button