“Real”ın sabiq futbolçusu müflis oldu
“Real”ın sabiq futbolçusu Royston Drente müflis olub.
Komanda.az xəbər verir ki, bu barədə İspaniyanın AS nəşri məlumat yayıb. Niderlandda Breda məhkəməsi dekabrın 1-də Drentenin bütün sərvətini itirdiyini açıqlayıb. 33 yaşlı niderlandlı futbolçu yerli mətbuata açıqlamasında, bu vəziyyətin onu narahat etmədiyini bildirib.
Drente 2017-ci ildə menecerlərinin maliyyə fırıldaqlarına görə külli miqdarda pul itirdiyini açıqlamışdı.
Hazırda Niderlandın 3-cü liqa təmsilçisi “Kozakken Boyz”da forma geyinən Drente, 2007-2012-ci illər aralığında “Real”da çıxış edib.
Drente 2017-ci ildə musiqi sektoruna da atılmış və karyerasını başa vurduğu açıqlamışdı. Lakin daha sonra yenidən futbola geri qayıtmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin