“Real”ın sabiq futbolçusu filmə çəkildi FOTO
“Real”ın sabiq futbolçusu Royston Drente filmə çəkilib.
Komanda.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi Niderlandda “Mokro Maffia” filminə çəkilib. Drentde filmdə narkotik satıcısı kimi rol alıb.
Drente hazırda İspaniyanın 4-cü divizion təmsilçisi “Rasinq”də (Mursiya) çıxış edir. “Feyenoord”un yetirməsi olan futbolçu karyerası ərzində “Real” (Madrid), “Everton”, “Kayseri Erciyesspor”, “Alaniya”, “Ridinq”, “Şeffild Uensdey”, “Baniyas” və “Sparta” (Rotterdam) kimi klublarda da forma geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin