Meksika klubu Serxio Ramos üçün danışıqlara başlayıb

“Real” və PSJ-dəki çıxışı ilə tanınan müdafiəçi Serxio Ramos Avropanı tərk edə bilər.

Komanda.az ESPN-ə istinadən xəbər verir ki, Meksikanın “Monterrey” klubu ispaniyalı futbolçunun xidmətində maraqlıdır. Klubun nümayəndələri Ramosun agenti ilə danışıqlara başlayıb.

Ramos hazırda azad agentdir. 38 yaşlı müdafiəçinin son klubu “Sevilya” olub. O, İspaniya çempionatının ötən mövsümündə iştirak etdiyi 28 matçda 3 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button