“Real”ın sabiq futbolçusu karyerasını başa vurdu

Futbol üzrə İspaniya millisinin və Madrid “Real”ının sabiq yarımmüdafiəçisi Xavi Qarsiya karyerasını bitirib.

Komanda.az xəbər verir ki, təcrübəli futbolçu 35 yaşında karyerasını başa vurmağa qərar verib.

Xavinin son iş yeri 2020-ci ildən formasını geyindiyi Portuqaliya “Boavişta”sı olub. Madrid “Real”ının yetirməsi olan futbolçu, doğma komandasından başqa “Osasuna”, “Benfika”, “Mançester Siti”, “Zenit” və “Betis”də də forma geyinib. Dayaq yarımmüdafiəçisi İspaniya millisində də 2 matça çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button