La Liqa klubu Raulu baş məşqçi postuna gətirmək istəyir

“Real”ın sabiq futbolçusu Raul Qonsales “Vilyarreal”ın baş məşqçisi olmağa yaxındır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırda Madrid təmsilçisində əvəzedici komandanın “sükanı arxasında” olan 46 yaşlı mütəxəssis bu gün klubla son danışıqları aparacaq.

“Kral klubu”nun onu buraxmağa hazır olduğu da bildirilib. Raul 2019-cu ildən əvəzedici komandada baş məşqçi işləyir.

Xatırladaq ki, “Vilyarreal” sentyabrın 5-də Kike Setyeni istefaya göndərib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button