“Real”ın sabiq futbolçusu karyerasını bitirdi
“Real”ın sabiq futbolçusu Fernando Qaqo karyerasını bitirib.
Komanda.az xəbər verir ki, bu barədə Qaqo “instagram” hesabında məlumat yayıb. 34 yaşlı yarımmüdafiəçi karyerasını bitirdiyini açıqlayıb.
2007-2012-ci illərdə “Real”da forma geyinən Qaqo, son olaraq Argentinanın “Veles Sarsfild” klubunda çıxış edirdi.
Qaqo Argentina yığmasında 61 oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin