Bekhem və Ronaldo razılığa gəldi

“Real”ın sabiq futbolçuları Devid Bekhem və braziliyalı Ronaldo xeyriyyə matçı təşkil etməyi düşünür.

Komanda.az xəbər verir ki, bu barədə keçmiş futbolçular “instagram”da canlı yayım zamanı müzakirələr edib. Həm Ronaldo, həm də Bekhem koronavirusla mübarizədə həkimlərə dəstək olmaq üçün xeyriyyə matçı təşkil etməyi planlaşdırırlar.

Xeyriyyə matçının Bekhemin prezidenti olduğu “İnter Mayami” və Ronaldonun sahibi olduğu “Valyadolid” klubları arasında keçirilməsi gözlənilir.                   

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button