“Real”ın Rüdigerə nə təklif etdiyi məlum oldu

“Real” “Çelsi”nin müdafiəçisi Antonio Rüdiger üçün yeni təklif hazırlayır.

Komanda.az “Fichajes”-ə istinadən xəbər verir ki, “kral klubu” futbolçunu yay transfer pəncərəsində almaq istəyir. “Real” Rüdigerə illik 10 milyon avroluq müqavilə təklif edir.

Almaniyalı müdafiəçi ilə “Barselona” da maraqlanır. Amma kataloniyalılar onunla maaş məsələsində razılaşa bilmirlər.

29 yaşlı futbolçu bu mövsüm “Çelsi”nin heyətində 46 oyuna çıxıb, 5 qol vurub, 4 məhsuldar ötürmə edib. Rüdigerin “Çelsi” ilə müqaviləsi bu yay başa çatır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button