Kurtua bu mövsüm ilk dəfə meydana çıxa bilər
“Real”ın qapıçısı Tibo Kurtua İspaniya çempionatında “Kadis”lə növbəti oyunda iştirak edib-etməyəcəyi ilə bağlı sualı cavablandırıb.
Komanda.az xəbər verir ki, belçikalı qolkiper “El Chiringuito TV”-yə açıqlamasında bu suala qısa cavab verib:
“Şənbə günü “Kadis”ə qarşı oynayacam? Baxacağıq”.
Kurtua bu mövsüm ilk dəfə meydana çıxa bilər. O, ciddi zədə səbəbindən cari mövsümdə heç bir qarşılaşmada iştirak etməyib. Onun zədələnməsindən sonra “Real”ın əsas qapıçısı ukraynalı Andrey Lunin olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin