“Real”ın qışda iki transfer hədəfi olacaq

“Real” qışda transfer bazarına nadir hallarda girir. Amma bu mövsüm vəziyyət fərqlidir.

Bu, digər şeylərlə yanaşı, müdafiəçi Dani Karvahalın aldığı ciddi zədə ilə bağlıdır.

Komanda.az “Transfer News Live”-a istinadən xəbər verir ki, “kral klubu”nun yanvarda iki transfer hədəfi olacaq. Madridlilər nəinki sağ cinah müdafiəçisi, həm də, sol ayaqlı mərkəz müdafiəçisi ilə müqavilə imzalaya bilər.

Daha əvvəl “Real”ın bu qış “Liverpul”dan Trent Aleksander-Arnoldu transfer edə biləcəyi barədə məlumat yayılmışdı.

“Real” şənbə günü öz meydanında “Vilyarreal”ı 2:0 hesabı ilə məğlub edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button