“Real”ın qapıçısı yeni müqaviləyə razılıq verib
“Real”ın qapıçısı Andrey Lunin klubla müqaviləsini uzatmağa razılaşıb.
Komanda.az “Relevo”-ya istinadən xəbər verir ki, ukraynalı qolkiper yeni müqaviləyə şifahi razılıq verib.
Luninin komandanın digər qapıçısı Tibo Kurtua ilə rəqabətə hazır olduğu bildirilir. Amma o, yayda komandadan ayrılacağını da istisna etmir. Luninlə başqa top-klublar maraqlanarsa, qapıçının planları dəyişə bilər.
Kurtua zədələnəndən sonra 25 yaşlı Lunin “Real”ın əsas qapıçısı olub. O, mövsümün əvvəlində ehtiyat oyunçular skamyasında otursa da, sonra “Çelsi”dən icarəyə götürülən Kepa Arrisabalaqanı əvəz edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin