“Məğlubiyyətlər hər zaman faydalıdır” – Kurta
“Real”ın qapıçısı Tibo Kurtua La Liqanın 6-cı turunda “Kadis”ə məğlub olduqları görüşdən sonra fikirlərini bildirib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, belçikalı qapıçı, məğlubiyyətin faydalı olduğunu deyib:
“Məğlubiyyətlər hər zaman faydalıdır. Çünki sizi daha çox işləməyə, səhvləri aradan qaldırmağa və inkişafa təşviq edir. Məğlubiyyətə çox əhəmiyyət verməməliyik. Ev oyunlarında qələbə qazanmalıyıq, amma indi oyunlar daha sürətli və gərgin keçir. Bu məğlubiyyəti unudub, “Şaxtyor”la oyuna köklənməli, qələbə qazanmalıyıq. Daha sonra “Kamp Nou”da “Barselona” ilə oyun bizi gözləyir”.
“Real” Çempionlar Liqasında qrup mərhələsinin ilk turunda, oktyabrın 21-də “Şaxtyor”la qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin