“Real”ın qapıçısı sıraya döndü
“Real”ın qapıçısı Tibo Kurtua zədəsini sağaldıb.
Komanda.az Madrid təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Karlo Ançelotti məlumat verib.
İtaliyalı mütəxəssis belçikalı oyunçunun La Liqanın 34-cü turunda, “Kadis”lə matçda iştirak edə biləcəyini söyləyib.
“Real” – “Kadis” qarşılaşması mayın 4-də baş tutacaq.
Kurtua cari mövsümdə zədə səbəbindən meydana çıxa bilməyib. O, son rəsmi görüşünü 2023-cü il iyunun 17-də Belçika yığmasının heyətində Avstriyaya qarşı keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin