
“Real”ın qapıçısı İngiltərə klubunun transfer siyahısındadır
“Real”ın qapıçısı Andrey Lunin “Mançester Yunayted”in diqqətini çəkib.
Komanda.az MSN-ə istinadən xəbər verir ki, ukraynalı futbolçu komandanın qapı mövqeyini gücləndirməyə namizədlərdən biri hesab olunur.
“Qırmızı şeytanlar”ın baş məşqçisi Ruben Amorim yeni qapıçı almaqda israrlıdır. Klubun prioritet hədəfi “Aston Villa”dan argentinalı Emiliano Martines olaraq qalır, ancaq Lunin ikinci namizəd hesab olunur.
26 yaşlı qolkiper son mövsümdə “Real”ın heyətində 14 oyun keçirib, 19 top buraxıb və 6 matçda qapısını toxunulmaz saxlaya bilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin