“Real”ın qapıçısı gələcəyi ilə bağlı qərar verib
“Real”ın və Ukrayna millisinin qapıçısı Andrey Lunin gələcəyi ilə bağlı qərar verib.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, 25 yaşlı qolkiper “kral klubu” ilə yeni müqavilə imzalamayacaq.
Lunin və İspaniya klubu arasında hazırkı müqavilə 2025-ci ilin yayında başa çatır. Ukraynalı futbolçunun transfer dəyəri 25 milyon avrodur.
O, ötən mövsüm “Real”ın heyətində 32 matçda iştirak edib, 12 oyunda qapısını toxunulmaz saxlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin