ÇL: “Biz 15-ci çempionluğumuza gedirik”

“Real”ın qapıçısı Andrey Lunin Dortmund “Borussiya”sı ilə Çempionlar Liqasının oyunu öncəsi azarkeşlərə müraciət edib.

Komanda.az xəbər verir ki, ukraynalı qolkiper bu barədə sosial şəbəkə hesabında paylaşım edib:

“Həyatımın ən vacib oyununa komanda ilə hazırlaşa bilmədiyim üçün çox təəssüflənirəm. Dəstəyinizə görə çox sağ olun. Biz 15-ci çempionluğumuza gedirik”.

Xatırladaq ki, Lunin Çempionlar Liqasının 2023/2024 mövsümünün həlledici matçı öncəsi xəstələnib. Buna baxmayaraq, baş məşqçi Karlo Ançelotti qapıçını final üçün heyətə daxil edib. 

“Real” – “Borussiya” matçı iyunun 1-də, “Uembli”də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button