
Sabiq futbolçusu “Real”ın 2:0 hesablı qələbə qazanacağını gözləyir
“Barselona” İspaniya kubokunun finalında “Real”la qarşılaşacaq.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, “Real”ın sabiq portuqaliyalı müdafiəçisi Pepe həlledici matçla bağlı gözləntilərini bölüşüb:
“Real”ın qalib gələcəyini gözləyirəm. Ancaq bilirəm ki, bunu etmək o qədər də asan olmayacaq. Matç üçün proqnozlar necədir? “Real” 2:0 hesablı qələbə qazanacaq. Qolları Antonio Rüdiger və Federiko Valverde vuracaq”.
“Barselona” – “Real” matçı aprelin 26-da Sevilyadakı stadionda keçiriləcək. Oyunun start fiti saat 00:00-da səslənəcək.
Yeri gəlmişkən, İspaniya çempionatının turnir cədvəlinə kataloniyalılar başçılıq edir. “Kral klubu” Hans-Diter Flikin komandasından 4 xal geri qalır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin