“Real”ın prezidenti yeni turnir üçün klublarla danışıqlar aparır
“Real”ın prezidenti Florentino Peres yeni Avropa Super Liqasının yaradılması üçün hazırda təxminən 50-60 klubla danışıqlar prosesindədir.
Komanda.az “Voz Populi”-yı istinadən xəbər verir ki, üç diviziondan ibarət yeni Avropa Super Liqasının yaradılması ideyası müzakirə olunub. Avropa Super Liqasının yeni versiyasının oyunlarının Çempionlar Liqası, eləcə də Avropa Liqası və Konfrans Liqası günlərində keçirilməsi planlaşdırılır.
Avropada yeni futbol turnirinin yaradılması üçün vacib məqamın UEFA və FİFA-ya qarşı antiinhisar işi ilə bağlı Avropa İttifaqı Məhkəməsinin çıxardığı qərar olduğu vurğulanır. Məhkəmə bu qurumların futbol yarışlarında monopoliyasının qanunsuz olduğunu tanısa, o zaman klublar hansı turnirdə iştiraka üstünlük verdiklərini seçmək imkanı əldə edəcəklər. Bu iş üzrə məhkəmə iclası bu il dekabrın 21-də olacaq.
Peres 2021-ci ilin yazında təqdim olunan Avropa Super Liqasının ilk formatının təbliğatında liderlərdən biri olub.
Bizi Facebook-da izləyin