Peres “Real”ın prezidenti postuna yeganə namizəddir
Florentino Peres “Real”ın prezidenti postuna yeganə namizəddir.
Komanda.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.
Klub prezidenti vəzifəsinə son müraciət tarixi bu gündür. Hələlik Peres yeganə namizəd olaraq qalır. Günün sonuna kimi başqa namizəd çıxmasa, o, səsvermə olmadan qalib gələcək.
Peres 2009-cu ildən “Real”ın prezidenti postunu tutur.
Madridlilər cari İspaniya çempionatında 19 turdan sonra 43 xal toplayıb. Karlo Ançelottinin yetirmələri turnir cədvəlində lider “Atletiko”dan 1 xal geri qalır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin