“Real”ın prezidenti: “Mən xoşbəxtəm”

“Real”ın prezidenti Florentino Peres komandanın İspaniya superkubokunda “Barselona” ilə oyunda qazandığı qələbəyə münasibət bildirib.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, klub prezidenti xoşbəxt olduğunu bildirib:

“Mən xoşbəxtəm, çünki azarkeşlər yaxşı oyun görməkdən məmnundurlar. Gördüyünüz kimi, Səudiyyə Ərəbistanında ən xoşbəxt gecələrindən birini keçirən “Real”ın xeyli azarkeşi var”.

“Real” və “Barselona”nın qarşılaşdığı İspaniya superkubokunun final oyunu Ər-Riyaddakı (Səudiyyə Ərəbistanı) “Əl-Avval Park” stadionunda baş tutub. “Real” rəqibini 4:1 hesabı ilə məğlub edərək İspaniya superkubokunun qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button