“Real”ın prezidenti Fernandesin nümayəndələri ilə görüşəcək

“Real” “Çelsi”nin yarımmüdafiəçisi Enzo Fernandes üçün əsas namizəd hesab olunur.

Argentinalı futbolçuya Madridin digər klubu “Atletiko”nun da maraq göstərdiyi bildirilir.

Komanda.az “RM Confidencial”-a istinadən xəbər verir ki, “Real”ın prezidenti Florentino Peres artıq potensial yay transferini müzakirə etmək üçün Fernandesin nümayəndələri ilə görüş təyin edib.

24 yaşlı oyunçu “transfermarkt” tərəfindən 75 milyon avro dəyərində qiymətləndirilir və onun “Çelsi” ilə müqaviləsinin müddəti 2032-ci ilə qədərdir. O, bu mövsüm londonluların heyətində 35 oyuna çıxıb, 5 qol vurub və 9 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button