“Real”ın prezidenti əməliyyat olundu

“Real”ın prezidenti Florentino Peres əməliyyat olunub.

Komanda.az “Marca”ya istinadən xəbər verir ki, klub prezidentinin əməliyyatı uğurlu alınıb.

75 yaşlı futbol funksionerinin ağciyər xəstəliyi olub və onun ağciyər düyünü çıxarılıb.

Əməliyyat bu gün, Madriddəki xəstəxanalardan birində baş tutub. “Kral klubu”nun prezidentinin xəstəxanadan bir neçə gündən sonra çıxacağı bildirilib.

“Real” hazırda 31 xalla İspaniya La Liqasında turnir cədvəlinin ilk pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button