
“Real”ın oyunçusunun Azərbaycanla matça çağırılmamasının səbəbi bilindi
Ukrayna millisinin baş məşqçisi Sergey Rebrovun “Real”da çıxış edən qapıçı Andrey Lunini komandaya çağırmamasının səbəbi bilinib.
Komanda.az xəbər verir ki, yerli insayder İqor Burbas baş məşqçi ilə 26 yaşlı qolkiper arasında mübahisənin yarandığını bildirib.
Onun sözlərinə görə, Lunin komandanın əsas qapıçısı olacağı ilə bağlı təminat istəyib. O, bunun olmayacağı təqdirdə, yığmaya gəlməkdə maraqlı olmadığını vurğulayıb.
Sergey Rebrov rəqabətdə qalib gələn qapıçının start heyətində matçlara çıxacağını deyib və Luninə dəvət göndərməyib.
Lunin cari mövsümdə “Real”ın heyətində matça çıxmayıb.
Ukrayna millisi D qrupunda, oktyabrın 10-da Reykyavikdə İslandiya, 13-də isə Krakovda Azərbaycan millisi ilə üz-üzə gələcək. Hazırda komandanın əsas qapıçısı “Benfika”nın üzvü Anatoli Trubindir.
Bizi Facebook-da izləyin



