“Real”ın futbolçusu üzr istəyəcək

“Real” sentyabrın 24-də doğma meydanda “Alaves”i 3:2 hesabı ilə məğlub edib. Madrid klubunun 18 yaşlı hücumçusu Endrik rəqib oyunçunun qasıq nahiyəsindən vurduğu zaman qırmızı vərəqə almadığı üçün şanslı olub.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, Endrik həmin epizod üçün qırmızı vərəqə almağa layiq olduğunu etiraf edib.

Braziliyalı forvard “Real”ın futbolçuları və baş məşqçi Karlo Ançelottidən üzr istəyəcək. O, komanda yoldaşlarını əmin edəcək ki, bu, bir daha təkrarlanmayacaq.

“Real” İspaniya çempionatında növbəti matçını sentyabrın 29-da səfərdə “Atletiko”ya qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button