
“Real”ın oyunçusu mövsümün startını buraxa bilər
“Real”ın yarımmüdafiəçisi Eduardo Kamavinqa zədələnib.
Komanda.az xəbər verir ki, bu barədə Madrid klubu rəsmi saytında məlumat yayıb.
Fransalı futbolçu tibbi müayinədən keçib və onun sağ topuq bağlarında dartılma müəyyən edilib. Kamavinqa ilə müalicə prosesi klubun həkimləri tərəfindən davam etdiriləcək.
“Kral klubu” hazırda yeni mövsümün startına intensiv şəkildə hazırlaşır.
Xabi Alonsonun komandası İspaniya La Liqasının ilk turunda avqustun 19-da “Santyaqo Bernabeu”da “Osasuna” ilə qarşılaşacaq.
21 yaşlı futbolçunun “Real”la müqaviləsinin müddəti 2029-cu ilin ortalarına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin