
“Real”ın oyunçuları arasında mübahisə yaşanıb
“Real”ın son məşqlərindən birində Antonio Rüdiger və Çud Bellingem arasında münaqişə baş verib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı müdafiəçi ilə ingilis yarımmüdafiəçi arasında aprelin 11-dəki məşq zamanı qarşıdurma yaşanıb. Ancaq mübahisə tezliklə həll olunub – oyunçular əl sıxıb.
Rüdiger və Bellingem dünən “Real”ın La Liqa matçında “Alaves”i 1:0 hesabı ilə məğlub etməsinə kömək ediblər. Birinci start heyətində meydana çıxıb, sona qədər oynayıb, ikincisi isə 63-cü dəqiqədə əvəzləmədən oyuna daxil olub.
“Real” aprelin 16-da UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində “Arsenal”la cavab matçına çıxacaq. İlk oyun “Arsenal”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



