“Real”ın ona ehtiyacı yoxdur” – Ferdinand

“Mançester Yunayted”in keçmiş müdafiəçisi Rio Ferdinand “Real”ın yarımmüdafiəçisi Orelyen Tçuameni haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, İspaniya klubunun bu futbolçunun xidmətinə ehtiyac duymadığını bildirib:

“Tçuameni La Liqa təmsilçisində əsas heyət futbolçusu olmayacaq. “Real”ın ona ehtiyacı yoxdur. Bu, “Mançester Yunayted” üçün vacib məsələdir”.

Öncədən futbolçu ilə “Liverpul”un maraqlandığı bildirilirdi.

Tçuameni keçən ilin yayında “Real”a keçib. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilə qədər nəzərdə tutulub.

Fransalı oyunçu 2022/23 mövsümündə “kral klubu”nun heyətində 50 oyuna çıxıb və 4 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button