“Real”ın müdafiəçisi millinin oyunlarını buraxacaq

“Real”ın müdafiəçisi Din Heysen əzələlərində yorğunluq yaşayır və bu səbəbdən oktyabrda İspaniya millisində oynaya bilməyəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “kral klubu”nun həkimləri Heysenin vəziyyətini tezliklə qiymətləndirəcəklər.

Müdafiəçinin ciddi probleminin olmadığı deyilir, lakin o, yenə də 1-2 həftə yaşıl meydanlardan kənarda qalacaq.

20 yaşlı ispaniyalı futbolçu bu mövsüm bütün turnirlərdə 9 matçda meydana çıxıb və 1 məhsuldar ötürmə edib.

İspaniya millisi oktyabrın 11-də dünya çempionatının seçmə mərhələsi çərçivəsində Gürcüstanı qəbul edəcək. Ayın 14-də isə Luis de la Fuentenin komandası doğma meydanda Bolqarıstanla qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button