“Real” müdafiənin sol cinahına onu istəyir, amma…

“Real” müdafiə xəttinin sol cinahına yeni oyunçu almaq barədə düşünməyə davam edir.

Madridlilər son illərdə Alfonso Deyvislə sıx əlaqədə idi, ancaq kanadalı oyunçu bu yaxınlarda “Bayern”lə müqaviləsinin müddətini uzatdı.

Komanda.az “Defensa Central”-a istinadən xəbər verir ki, “kral klubu” digər namizədləri izləyir. Prioritet Nuno Mendeşin namizədliyidir, amma bir problem var. PSJ bu futbolçu ilə bağlı danışıqlara belə, hazır deyil.

Həmçinin, qeyd edilir ki, “Real”la PSJ arasında münasibətlər yaxşı olmadığından, Mendeşin Madrid klubuna keçidi çətin ki, baş tutsun.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button