“Real”ın futbolçusu milliyə çağırıldı – İlk dəfə

“Real”ın müdafiəçisi Raul Asensio İspaniya millisinə ilk dəvətini alıb.

Komanda.az xəbər verir ki, UEFA Millətlər Liqasının pley-off mərhələsində iştirak edəcək milli komandaya namizədlərin siyahısını ölkənin Kral Futbol Federasiyasının mətbuat xidməti açıqlayıb.

İspaniya millisi Niderland yığması ilə iki oyun keçirəcək. Martın 20-də iki ölkənin əsas komandası Rotterdamda, 23-də isə Valensiyada cavab matçına çıxacaq. Bu matçlarda üstün olan tərəf Xorvatiya-Fransa cütünün qalibi ilə qarşılaşacaq.

Asensio bu mövsüm bütün klub yarışlarında 39 oyun keçirib və 2 məhsuldar ötürmə edib. 22 yaşlı futbolçunun klubu ilə hazırkı müqaviləsinin müddəti 30 iyun 2026-cı ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button