ÇL: “Real”ın müdafiəçisi almanlarla matçı buraxacaq
“Real”ın müdafiəçisi Daniel Karvahal UEFA Çempionlar Liqasındakı oyundan əvvəl komandası ilə məşqdə iştirak etməyib.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, 31 yaşlı futbolçu sağ ayağından yüngül əzələ zədəsi alıb. Buna görə də, o, təkcə “Real”ın Çempionlar Liqasında “Union”la (Berlin) qarşıdakı qrup oyununu deyil, bazar günü keçiriləcək “Atletiko” ilə matçı da buraxacaq.
İspaniyalı futbolçunun iki həftə ərzində məşqlərə geri dönəcəyi bildirilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin