“Real”ın müdafiə dərdi

Yeni mövsümün başlamasına az qalıb və “Real”ın heyətində ciddi problem var.

Komanda.az xəbər verir ki, bu barədə “TodoFichajes” məlumat yayıb.

Naço Fernandes Səudiyyə Ərəbistanı klubuna keçib, zadəli David Alaba isə payızın ikinci yarısına qədər meydana qayıtmayacaq. Beləliklə, “Real”ın yalnız iki mərkəz müdafiəçisi var: Antonio Rüdiger və Eder Militao.

İcarədən qayıtmış Xesus Valyexo da var, lakin onun oyun səviyyəsi çətin ki, “Real”ın tələblərinə cavab versin.

“Kral klubu” bu yay Leni Yoronu transfer edə bilərdi, amma “Mançester Yunayted” fransalı müdafiəçi uğrunda mübarizədə qalib gəlib. “Real”ın başqa planı yoxdur və onlar indi yalnız müdafiənin mərkəzində yarımmüdafiəçi Orelyen Tçuamenidən faydalanmağı düşünürlər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button