
“Real” ukraynalı futbolçuya yeni müqavilə təklif edəcək
“Real” qapıçısı Andrey Luninlə yeni müqavilə imzalamaq üçün təklif hazırlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Madrid klubu ukraynalı futbolçunu yeni müqaviləni razılaşdırmağın mümkün olacağına əmindir.
Lunin 2018-ci ildə 8,5 milyon avro qarşılığında “Zarya”dan “Real”a keçib. 25 yaşlı qolkiper bu mövsüm bütün turnirlərdə 23 oyun keçirib və 19 qol buraxıb. Onun Madrid klubu ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin