
“Real”ın keçmiş futbolçusunu “sükan arxasına” gətirdi – “Qarabağ”ın rəqibi
“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Olimpiakos”un (Yunanıstan) yeni baş məşqşisi məlum olub.
Komanda.az “Cadena SER”-ə istinadən xəbər verir ki, “Olimpiakos”un “sükan”ı ispaniyalı Miçel Qonsalesə tapşırılıb.
59 yaşlı mütəxəssis artıq Afinaya yola düşüb.
Qonsales 1982-1996-cı illərdə ölkəsində “Real”ın formasını geyinib. Son olaraq 2021-ci ildə “Xetafe”nin “sükanı arxasında” olan mütəxəssis, 2013-2015-ci illərdə “Olimpiakos”un baş məşqçisi olub.
“Qarabağ” “Olimpiakos”a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti matçını bir həftə sonra Bakıda keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin