Serxio Ramos Səudiyyə Ərəbistanı klubu ilə danışıqlar aparır

Serxio Ramos 2023/24 mövsümünün sonunda “Sevilya”dan ayrıldı.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu Səudiyyə Ərəbistanına köçməyə hazırlaşır. Belə ki, 38 yaşlı müdafiəçi “Əl-Oruba” klubu ilə danışıqlar aparmağa razılaşıb. Bu komanda ötən mövsümün sonunda yüksək liqaya yüksəlib.

“Əl-Oruba” Səudiyyə Ərəbistanı çempionatında yaxşı start götürməyib. Komanda keçirdiyi hər iki matçda 1:4 hesablı məğlubiyyətə üzülüb.

Ramos uzun müddət Avropada çıxış etdikdən sonra indi özünü Yaxın Şərqdə sınayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button