“Real”ın keçmiş futbolçusu Messinin komandasına keçə bilər
“İnter Mayami”nin heyətinə daha bir tanınmış futbolçu qoşula bilər.
Komanda.az DSPORTS-a istinadən xəbər verir ki, söhbət İspaniyanın “Rayo Valyekano” klubunda oyunu alınmayan yarımmüdafiəçi Xames Rodriqesdən gedir.
Kolumbiyalı futbolçunun tezliklə azad agentə çevriləcəyi gözlənilir. “Real”ın 33 yaşlı keçmiş oyunçusu karyerasını Avropada davam etdirməyə üstünlük verir, lakin Lionel Messi və “Inter Mayami”nin digər futbolçuları ilə oynamaq imkanı onu MLS-ə keçmək barədə düşünməyə inandıra bilər. Amerika klubunun daha bir üstünlüyü yayda baş tutacaq Klublararası dünya çempionatında iştirakıdır.
Rodriqes bu mövsüm “Rayo Valyekano”nun heyətində 6 matçda iştirak edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin