“Real”ın keçmiş futbolçusu İtaliya klubuna keçə bilər
Bir müddət əvvəl Braziliyanın “San Paulo” klubundan ayrılan “Real”ın sabiq futbolçusu Xames Rodriqes karyerasını İtaliyada davam etdirə bilər.
Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, kolumbiyalı yarımmüdafiəçi “Latsio”ya keçə bilər.
33 yaşlı futbolçunun agenti potensial transferlə bağlı “qartallar”ın rəhbərliyi ilə danışıqlara başlayıb. Rodriqes azad agentdir. Onun transfer dəyəri 5 milyon avro qiymətləndirilir.
Kolumbiya yığması bu il keçirilən Amerika kubokunun finalında Argentinaya millisinə məğlub olub (0:1). Rodriqes turnirin ən yaxşı futbolçusu seçilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin