“Real”ın əfsanəvi futbolçusu vəfat etdi

“Real”ın keçmiş futbolçusu Fransisko Gento vəfat edib.

Komanda.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Gento 89 yaşında vəfat edib.

Keçmiş müdafiəçi 1953-1971-ci illər aralığında “Real”da çıxış edib. Ümumilikdə o, komandanın heyətində 600 oyun keçirib və 182 qol vurub. Gento dünyada yeganə futbolçudur ki, 6 dəfə avrokubok qazanıb.

Gento “Real” tarixində ən çox – 23 titul qazanan iki futbolçudan biridir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button