“Real”ın keçmiş futbolçusu Braziliya klubunda
“Real”ın keçmiş yarımmüdafiəçisi Xames Rodriqes tezliklə “San Paulo” ilə müqavilə imzalayacaq.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 32 yaşlı kolumbiyalı futbolçu MLS klublarının marağına baxmayaraq, Braziliya klubunu seçib.
Yarımmüdafiəçinin son komandası bu ilin aprelində azad agent kimi ayrıldığı “Olimpiakos” olub. Rodriqes Yunanıstan klubunda keçirdiyi 23 matçda 5 qol vurub və 6 məhsuldar ötürmə verib.
Futbolçu əvvəllər “Əl Rayyan”, “Everton”, “Bayern”, “Monako”, “Portu”, “Banfild” və “Enviqado”da forma geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin