“Real”ın kapitanı sıradan çıxıb
“Real”ın kapitanı Dani Karvahal ciddi zədə alıb.
Komanda.az xəbər verir ki, “kral klubu”nun La Liqanın 9-cu turunda doğma meydanda “Vilyarreal”ı qəbul etdiyi matçın sonlarında 32 yaşlı müdafiəçinin ayağı burxulub.
Göz yaşlarını saxlaya bilməyən Karvahal meydanı xərəkdə tərk etmək məcburiyyətində qalıb.
Qarşılaşma “Real”ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin