Klubunu tərk etməyəcək – “Real”ın istədiyi futbolçu
“Nyukasl”ın yarımmüdafiəçisi Bruno Gimarayeş klubla yeni müqavilə imzalayacaq.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 25 yaşlı braziliyalı futbolçu ilə yeni müqavilə 2028-ci ilə qədər nəzərdə tutulub. Müqaviləyə 100 milyon funt sterlinq məbləğində sərbəst buraxılma maddəsi daxildir.
Daha əvvəl “Real”ın qışda Gimarayeşi transfer etmək niyyətində olduğu bildirilirdi.
Gimarayeş 2022-ci ilin fevralından “Nyukasl”da çıxış edir. Futbolçu bu mövsüm komandanın heyətində 6 oyun keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin