“Real” 2 müdafiəçisini itirib

“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya çempionatının 7-ci turu çərçivəsində səfərdə “Las Palmas”a qalib gəldikləri oyundan (2:0) sonra iki müdafiəçinin zədəsindən danışıb.

Komanda.az “Football Espana”-ya istinadən xəbər verir ki, o, David Alaba və Antonio Rudigerin zədələndiyini bildirib:

“David Alaba “Jirona”ya qarşı matçda oynamayacaq. Rudiger də zədələndi”.

“Real” La Liqada 18 xal toplayıb və turnir cədvəlində “Barselona”nı keçərək, 2-ci yerə yüksəlib. “Las Palmas” 5 xalla 17-ci yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button