Mbappe ilə Arda yaradılan şanslara görə top-liqalara başçılıq edir

“Real”ın hücumçusu Kilian Mbappe və yarımmüdafiəçisi Arda Gülər ​​bu mövsüm yaradılan qol şanslarının sayına görə Avropanın ilk beş liqasındakı futbolçuların reytinqinə başçılıq edir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Mbappe və Gülərin hazırda hər biri 14 qol şansı ilə bu mövsüm “böyük beşlik” çempionatlarına başçılıq edir.

Reytinqdə sonrakı yerləri hərəyə 12 qol şansı+ötürmə ilə “Mançester Yunayted”in futbolçusu Bruno Fernandes, “Vilyarreal”ın oyunçusu Nikolas Pepe və “Marsel”in üzvü Meyson Qrinvud tutur.

Fransalı forvard və türkiyəli yarımmüdafiəçi La Liqada şənbə günü “Real Sosyedad”la matçın (2:1) əsas qəhrəmanları arasında olub. Hər ikisi qol vurub və məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button