
Argentinalı yarımmüdafiəçi “Real”ın hədəfindədir
“Çelsi”nin yarımmüdafiəçisi Enzo Fernandes “Real”ın transfer hədəfinə çevrilib.
Komanda.az “TEAMtalk”-a istinadən xəbər verir ki, “kral klubu” yay transfer pəncərəsində argentinalı yarımmüdafiəçini almağa çalışacaq.
Fernandes özü də Madrid komandasının sırarlarna qoşulmağa açıqdır.
O, bu mövsüm bütün turnirlərdə 34 matçda iştirak edib, 5 qol vurub və 9 məhsuldar ötürmə verib. 24 yaşlı yarımmüdafiəçinin “Çelsi” ilə müqaviləsinin müddəti 2032-ci ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin