“Real” “Qarabağ”ın rəqibinin futbolçusu üçün Rodriqonu təklif edə bilər

“Real” “Liverpul”un yarımmüdafiəçisi Florian Virtsi transfer etməyi düşünür.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı futbolçu hələ Premyer Liqaya uyğunlaşmadığı üçün gözləntiləri doğrultmayıb və “Bayer”də (Leverkuzen) oynadığı dövrdən oyunçunu yaxşı tanıyan Madrid klubunun baş məşqçisi Xabi Alonso onu transfer etmək istəyir.

“Real”, eyni zamanda, Rodriqo üçün “Liverpul”a mübadilə təklif etməyi düşünür. Braziliyalı futbolçu hələ start heyətində yer almayıb, ona görə də, “kral klubu” 2026-cı ildə onunla yollarını ayırmağa hazırdır.

”Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button