“Real” 3 müdafiəçi arasında seçim edəcək

“Real”ın məşqçilər heyəti müdafiə xəttini gücləndirmək istəyir və üç potensial yeni transfer müəyyən edilib.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, Madrid klubunun qısa siyahısında “Qarabağ”ın UEFA Çempionlar Liqasında rəqiblərindən olan “Liverpul”un futbolçusu İbrahima Konate, “Bayern”in oyunçusu Dayot Upamekano və “Kristal Pelas”ın üzvü Mark Quehi yer alır. Bu müdafiəçilərdən biri gələn yay “Real”a keçə bilər. Konate hazırda klubun prioriteti hesab olunur.

26 yaşlı fransalı müdafiəçi 2021-ci ilin yayından “Liverpul”da çıxış edir. Onun “qırmızılar”la müqaviləsi 2026-cı ilin iyununun sonunda başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button