
“Real”ın hücumçusu “Valensiya”ya keçmək istəməyib
“Real”ın hücumçusu Endrik La Liqanın başqa klubuna icarəyə keçmək istəməyib.
Komanda.az “Defensa Central”-a istinadən xəbər verir ki, “Valensiya” 19 yaşlı forvardı heyətinə qatmaqda maraqlı olsa da, o, bundan imtina edib.
Endrikin qərarına səbəb “Real”ın əsas heyətində özünə yer uğrunda mübarizə aparmaq istəyi olub. Hazırda o, ötən mövsümün sonunda aldığı zədədən sağalma prosesini davam etdirir.
Braziliyalı hücumçunun “Real”la müqaviləsinin müddəti 2030-cu ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



